Qan vermək orqanizmi daha da sağlam edir


Digərləri 31 Avq 2018 23:04:00 225 0

Qan vermək orqanizmi daha da sağlam edir

Bir çox insan xəstəlik, ya da hər hansı qəzadan sonra qan tapmadığı üçün həyatını itirir. Bunun üçün də qan verərək həmin insanlara həyat bəxş etmək olduqca humanist bir davranışdır. Bəs heç bilirsinizmi qan vermək insan orqanizmi üçün də olduqca faydalıdır? Bilmirsinizsə, Son.az-ın ailem.az-a istinadən təqdim etdiyi bu yazısını oxuyun. Qan vermənin insan orqanizminə faydalarını diqqətinizə çatdırırıq.

- Qan verən şəxsin qan hüceyrələri gənc hüceyrələr istehsal etməyə başlayır.

- Artan canlı qan sümük iliyinin yağlanmasının qarşını alır.

- Qanda yaranan yağ səviyyəsi düşür, bədənə bərabər miqdarda yağ yayılır.

- Qan verməzdən qabaq AIDS, Hepatit B, Hepatit C və sifilis kimi təhlükəli xəstəliklərin araşdırılması aparılır. Beləliklə də, qan verən şəxsin bu xəstəlikləri daşıyıb-daşımadığı ortaya çıxır.

- Qan verdikdən sonra stress azalır, yüksək təzyiq tənzimlənir.