Diqqət! Bu gigiyenik vasitələr dəri xərçənginə səbəb olur


Digərləri 31 Avq 2018 22:56:00 257 0

Diqqət! Bu gigiyenik vasitələr dəri xərçənginə səbəb olur

Seçenov Universitetinin Onkoloji mərkərinin rəhbəri tanınmış rusiyalı onkoloq akademik İqor Reşetov Komsomolskaya Pravdaya müsahibəsində xərçəng xəstəliklərinin bəzi bilmədiyimiz risk faktorlarını açıqlayıb.

Belə ki, akademikin fikrinə görə, bütün dünyada artmaqda olan dəri xərçəngi dəriyə qulluq zamanı  istifadə olunan müxtəlif sintetik gel və köpüklərlə bağlı ola bilər. Bu vasitələrdən sui-istifadə dərini zəiflədir, qurudur, dərinin qoruyucu qatını yuyub aparır ki, nəticədə dəri xarici və daxili mənfi təsirlərə qarşı daha həssas olur.  

Onkoloq gel və köpüklərdən yalnız istisna hallarda istifadə etməyi, adi su və uşaq sabununa üstünlük verməyi tövsiyə edir.