Dünyanın ən sürətli dronları İstanbulda yarışacaq


Digərləri 31 Avq 2018 22:59:00 262 0

Dünyanın ən sürətli dronları İstanbulda yarışacaq

Sentyabrın 20-dən 23-dək İstanbulda Dünya Dron Çempionatı təşkil olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İstanbulun yeni hava limanında keçiriləcək tədbirdə dünyanın ən sürətli dronları yarışacaq.

Türkiyənin ilk aviasiya, kosmos və texnika festivalı sayılan "Teknofest İstanbul" çərçivəsində təşkil olunacaq yarışda 25-dən çox ölkəni 64 idmançı təmsil edəcək.