Yüksək temperaturu aşağı salmaq üçün ilıq su islatmasından istifadə kifayətdir


Digərləri 31 Avq 2018 22:32:00 491 0

Yüksək temperaturu aşağı salmaq üçün ilıq su islatmasından istifadə kifayətdir

Bəzən bədən temperaturunun yüksəlməsi, xüsusilə uşaqlarda qızdırma zamanı onu müxtəlif üsullarla aşağı salmağa çalışırlar. Doğrudur, həmin üsulların bəziləri ənənədən qaynaqlansa da, onların kor-koranə şəkildə yerinə yetirilməsi xeyirdən çox ziyan verə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pediatrlar yüksək temperaturu aşağı salmaq üçün istifadə olunan sirkə, spirt, buzlu və soyuq su ilə yuyundurmaq və müxtəlif qarışıqları dəriyə çəkmək kimi üsulların yolverilməz olduğunu bildirirlər.