Qədim insanların məhv olmasının səbəbi açıqlandı


Digərləri 31 Avq 2018 22:35:00 465 0

Qədim insanların məhv olmasının səbəbi açıqlandı

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, neandertal insanların məhv olmasına qlobal soyuqlaşma da səbəb ola bilər. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "EurekAlert!"in yaydığı press-relizdə məlumat verilib. 

Araşdırmaçılar Rumıniyanın mağaralarında bir neçə on min il yaşı olan stalaqmit təbəqəsinin kimyəvi tərkibini araşdırıblar. Məlum olub ki, 40-44 min il əvvəl Avropa ərazisində iqlim dözülməz dərəcədə quru və soyuq olub. Bu, bir neçə əsr və ya minilliklər boyu davam edib.