Danimarka 25 il sonra...


Dünya 31 Avq 2018 22:10:00 454 0

Danimarka 25 il sonra...

Danimarka 25 il sonra xalis neft idxalçısı olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Danimarka Enerji Agentliyi məlumat yayıb. Bildirilir ki, 2017-ci il Danimarkanın istehlak etdiyindən daha çox neft çıxardığı son il olub. Danimarkanın 2018-ci ildən etibarən qarşıdakı 25 il ərzində neft ixracatçısı ölkədən xalis neft idxal edən ölkəyə çevriləcəyi gözlənilir.

"Ölkə 2018-ci ildən etibarən neft idxalçısı olmağı planlaşdırır. Lakin Danimarka hələ 2035-ci ilə qədər neft ixracatçısı kimi qalacaq", - deyə agentlik qeyd edir.