Depressiya endokrinoloji problemlərin əlamətlərindən biridir


Digərləri 31 Avq 2018 22:03:00 501 0

Depressiya endokrinoloji problemlərin əlamətlərindən biridir

Çox vaxt insanlar terapevtin məsləhəti və ya yönəltməsi ilə endokrinoloqa müraciət edirlər. Bu, müayinə zamanı endokrin sistemdə hansısa pozuntunun aşkarlanmasından sonra baş verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çox vaxt endokrin pozuntuların əsasını birinci və ya ikinci dərəcəli şəkərli diabet təşkil edir. Bu da orqanizmdə insulin çatmazlığı və ya şəkərin qanda normadan çox yüksək olması deməkdir. Adıgedən problemlər isə əsəb sistemini və damarları zədələyir, bədən üzvlərinin ciddi dəyişikliklərinə səbəb olur.

Bu baxımdan terapevt məsləhəti olmadan da endokrinoloqa getməyi vacib edən bir sıra amillər var.

Boğazda göynəmələr

Boğazda göynəmələr çox vaxt soyuqdəymə və ya qripin əlaməti olur. Lakin boğazda göynəmələr bəzən qalxanabənzər vəzdə olan pozuntular, törəmələr və düyünlər səbəbindən də irəli gələ bilər. Bəzən bunun, səs tellərində şişlik və ya səsin qalınlaşması səbəbindən qalxanabənzər vəzin funksiyalarının aşağı düşməsi (hipotireoz) səbəbindən meydana çıxması da mümkündür. Bu dəyişikliklər çox asanlıqla soyuqdəymə ilə də səhv salına bilər.

Saçların həddindən artıq tökülməsi və ya həddindən artıq tüklənmə

Endokrin sistem orqanizmdə gedən bütün prosesləri kontrolda saxlayır. Buna saç uzanması da aiddir. Qadınlarda alında saçların tökülməsi, qarın, çənə, bığ, gicgah nahiyələrinin tüklənmə kişi hormonlarının artmasına işarədir.