Dəri sağlamlığı üçün xeyirli qidalar


Digərləri 31 Avq 2018 21:45:00 257 0

Dəri sağlamlığı üçün xeyirli qidalar

Amerikada aparılan bir tədqiqat dərini gözəlləşdirən qidaları müəyyən edib. Araşdırmalardan bəlli olub ki, dəri üçün ən xeyirli qida balıq, xüsusən də somon balığıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, somon balığı Omeqa-3 yağ turşuları ilə zəngin olduğundan dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərli təsirindən qoruyur. B12 vitamini ilə zəngin olan somon balığından ayda bir neçə dəfə istifadə etmək məsləhətdir.

Gözəllik və sağlamlıq üçün istifadə edilməli qidalardan biri də kökdür. Kök və onun şirəsi qanı tənzimləyir, orqanizmdən toksinlərin və zərərli maddələrin xaric olunmasında mühüm rol oynayır. Bir həftə ərzində heç olmasa iki-üç dəfə kökdən istifadə etməklə dəri sağlamlığının qayğısına qalmaq mümkündür.

Avokado tropik meyvəsi dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı mənbəyidir. Bu meyvə həmçinin, doymamış yağlarla da zəngindir. Tərkibində çoxlu miqdarda B1, B2, C və D vitaminləri var.