Bəzi mağazalar ölkəyə gətirdikləri telefonları qeydiyyatdan keçirmədən satırlar VİDEO


Digərləri 31 Avq 2018 21:48:00 290 0

Bəzi mağazalar ölkəyə gətirdikləri telefonları qeydiyyatdan keçirmədən satırlar  VİDEO

Bir sıra telefon mağazaları ölkəyə gətirdikləri mobil cihazları qeydiyyatdan keçirmədən satırlar. Qiymətindəki nisbi ucuzluğa görə məhz bu cür mağazalardan telefon alanlar qeydiyyat rüsumunu özləri ödəməli olur. Problem ondadır ki, müştəri telefon alarkən bu barədə məlumatlandırılmır. Belə bir hadisə paytaxt sakininin başına gəlib.

Son.az bildirir ki, paytaxtdakı fərdi mağazalardan birindən telefon alan Bakı sakini Gülnar Babayeva bir müddət sonra telfonunun bağlanıldığını görüb. Səbəb isə telefonunun İMEİ kodlarının qeydiyyatan keçirilməməsi olub.

Gülnar Babayeva deyir ki, avqustun 13-dən İMEİ kodların qeydiyyatına görə rüsumların artırılmasından sonra o, əlavə 50 manat ödəməlidir. Qadının sözlərinə görə, ona bu haqda məlumat verilsəydi, nisbətən ucuz telefon alardı. Əsas etirazı da məhz bu barədə telefonu aldığı mağaza tərəfindən xəbərdar edilməməsinədir.

Bu məsələ İMEİ kodlarının qeydiyyat məsələsini gündəmə gətirib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rühəngiz Qarayeva deyir ki, hər bir vətəndaş mobil telefon aldıqdan sonra mobil qurğu haqqında məlumatları özü araşdıra bilər.