"Qızıl yel"dən necə qurtulaq? Azərbaycanlı həkimdən ÖNƏMLİ MƏSLƏHƏTLƏR


Digərləri 31 Avq 2018 21:51:00 818 0

"Qızıl yel"dən necə qurtulaq?  Azərbaycanlı həkimdən ÖNƏMLİ MƏSLƏHƏTLƏR

Son iki ay ərzində insanlar arasında yüksək qızdırma, tərləmə, halsızlıq, ürək bulanma kimi şikayətlərlə müşahidə edilən infeksion xəstəliklərin yayılması artıb. Fəsillə əlaqədar olaraq bəzən bunu revmaztizm, hətta qrip hesab edərək həkimə müraciət etməkdən yayınan xəstələr olur. Təbii ki, həkim müayinəsi olmadan problemin əsas səbəbini müəyyən etmək olmaz. Həkimlər isə bu simptomların el arasında "Qızıl yel" kimi tanınan infeksion xəstəlikdə də rast gəlindiyini deyirlər. Bəs bu xəstəlik nədən yaranır? Xəstəliyə yoluxmamaq üçün nə etmək lazımdır? Gecikdirilmiş müalicə hansı fəsadlara səbəb ola bilər?

Son.az bildirir ki, bütün bu suallara isə publika.az-ın bu dəfəki müsahibi, tibb elmləri üzrə fəlsəfə doktoru Şükür Eyvazov cavab verib.

- Həkim, son vaxtlar tez-tez rast gəlinən, el arasında "Qızıl yel" kimi tanınan infeksion xəstəliyin yaranma səbəbləri nədir?

- İmmunitet zəifliyindən bədənə düşən infeksiyadır. Bütün infeskiyalar kimi orqanizm müqaviməti zəif olduqda bu kimi xəstəliklər yarana bilir. Bu infeksiya digərlərindən fərqli olaraq bədəndə uzun müddət qalır. Bütün xəstəliklərdə olduğu kimi bu xəstəliyin də dəqiq diaqnozunu qoymaq və düzgün müalicə təyin etmək üçün xəstələrin həkimə vaxtında müraciət etməsi vacibdir.

- Bu xəstəliyin simptomlarını bəzən qrip, revmatizm, yüngül soyuqdəymə ilə qarışıq salıb həkimə müraciət etmirlər. Bu da ağırlaşmalara səbəb olur. Xəstəliyin xüsusi əlamətləri varmı?

- Ümumilikdə bütün infeksion xəstəliklər titrəmə, ümumi zəyiflik, baş ağrıları, əzələ ağrıları, bir sıra hallarda - ürək bulanması və qusma, ürək döyüntülərinin artması, həmçinin bədən hərarətinin 39-40°C qədər yüksəlməsi və s. əlamətlərlə müşahidə edilir. Yəni, minlərlə xəstəlik bu əlamətləri verə bilər. "Qızıl yel" xəstəliyinin dəqiq diaqnozunu qoymaq üçün onun əsas əlaməti - bədənin aşağı ətraflarında qızartılar olmalıdır. Əgər bu əlamətlərlə yanaşı, xəstəliyin əsas xüsusiyyəti yoxdursa, ona "Qızıl yel" demək olmaz. İnfeksion xəstəlik dəridə tam yayılmış, hissı-hissə qızartılar, yerli ağrı və s. ilə özünü büruzə verir. Bu kimi problemlərdə pasiyentlər həkimə iki istiqamətdə - dermatoveneroloq (Dəri-zöhrəvi həkimi) və ümumi cərraha müraciət etməlidirlər. Xəstəliyin müalicəsi ilə hər iki sahənin həkimi məşğul olur. Yüngül formalarda dəri həkimi, orta və ağır dərəcəli formalarda isə cərrahlar müalicə üsulu tətbiq edirlər. Xəstəliyin dərəcələri olduqca fərqlidir. Belə ki, yüngül dərəcəli "Qızıl yel" ilkin başlanğıc mərhələsində ambulator müayinə şəraitində müalicə yazılaraq, evə buraxılır. Orta və ağır dərəcəli formalarda isə mütləq şəkildə xəstəxanada stasionar müalicə tətbiq edilir.

- Xəstəliyin müalicə prosesi haqqında məlumat verərdiz.

- İnfeksion xəstəliklərin müalicəsində mütləq şəkildə antibiotiklər təyin edilir. Xəstənin bütün ümumi yoxlanışları aparılır, əvvəl keçirdiyi xəstəliklər varsa, onlar nəzərə alınaraq müalicə yazılır. Son zamanlar bu xəstəliyin müalicəsində 8-9 antibiotik qruplarından, əsasən "Sefalosparin", "Penissilin" və "Ftorxinolon" qrupu antibiotiklərdən istifadə edilir. Yüksək hərarət olduğu üçün bədən temperaturunu tənzimləmək və orqanizmə infeksion xəstəliklə mübarizə aparmağa şərait yaratması üçün qızdırma salıcı preparatlardan istifadə olunur. Bu eyni zamanda xəstələrdə yüksək qızdırma anında tənəffüs sistemində, ürək-damar sistemində, beyində müəyyən dəyişikliklərin yaranmasının qarşısını almağa kömək edir. Çünki bəzən bu dəyişikliklər geri dönülməz fəsadlara yol aça bilər. Paralel olaraq antibiotik müalicəsi zamanı göbələk əleyhinə preparatlar da təyin edilir. Savadlı həkim hər bir təyinat üzrə müalicə zamanı bütün dərmanların əks göstərişilərini nəzərə alaraq təyin edir.

- Heç olurmu ki, orqanizm antibiotiklə müalicəyə cavab verməsin? O zaman xəstəliklə necə mübarizə aparılır?

- Bəzən olur, bəli. Orqanizm müalicəyə cavab vermədikdə, biz məcbur oluruq qanın əkilməsi ilə və yerli nahiyyədən nümunələr götürərək törədicini təyin edək. Bu proses ümumilikdə 3-4 gün zaman alır. Həmin müddət ərzində təyin edilən antibiotiklər davam etdirilir. Laborotoriya cavabları gəldikdən sonra törədicinin hansı antibiotikə qarşı daha həssas olduğu müəyyən edilir və müalicə həmin qrup antibiotiklərlə davam etdirilir.

- Bildiyim qədər yoluxucu xüsusiyyətə malik ola bilir.

- Xəstəlik ilkin, kəskinləşmə və hətta yüngül formalarda belə yoluxucu xarakter daşıyır. Lakin, ağır və kəskinləşmiş formalar, bəli, yoluxma riskini artırır. Bu hallarda pasiyentlər xəstəxana şəraitində saxlanılır. Bədəndə xəstəliyin müşahidə edildiyi nahiyyələrə gün ərzində steril sarğılar qoyulur, tez-tez sarğılar dəyişdirilir. Belə olan halda yoluxma riski xəstəxana şəraitində minimuma endirilir.

- Bu xəstəlik əsasən hansı yaş qrupu insanlarda müşahidə edilir?


Xəbərə aid fotolar