Beynəlxalq Kosmik Stansiyada oksigen böhranı


Digərləri 31 Avq 2018 21:54:00 480 0

Beynəlxalq Kosmik Stansiyada oksigen böhranı

Beynəlxalq Komsik Stansiyada oksigen sızması baş verib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, stansiyada yaranan bir deşikdən oksigen sızır. Stansiyada işləyən kosmonavtlar bunun qarşısını almaq üçün hərəkətə keçiblər.

Məlum olub ki, sızıntı stansiyadakı bir rus kosmik kapsulunda yaranan deşikdə başlayıb. Kosmonavtlardan biri oksigen sızıntısının qarşısını almaq üçün əvvəlcə deşiyi barmağı ilə bağlayıb. Sonra isə bint və digər əşyalardan istifadə edərək deşiyi bağlayıb.