Sakit okeanın dibində naməlum nəhəng heyvanın izləri tapıldı FOTO


Digərləri 31 Avq 2018 21:42:00 333 0

Sakit okeanın dibində naməlum nəhəng heyvanın izləri tapıldı  FOTO

Böyük Britaniyanın Sautqempton univeristetinin "Leigh Marsh" komandası "Royal Society Open Science" elmi jurnalında yeni fotolar dərc edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, fotolar komandanın Sakit okeanda tapdığı qeyri-adi izlərə aiddir.

Komanda Klarion-Klipperton zonasında sualtı robot göndərib. Ərazi Kaliforniya və Havay adaları arasında yerləşir və dərinliyi 4 kilometrdir. Bura işıq düşmür və suyun tempraturu sıfır dərəcədir. Sualtı "Sonar" robotu 3.5 km dərinliyə enib və bütün yol boyu fotolar çəkib. Fotoları birləşdirəndə 3.500 qeyri-adi çuxur nəzərə çarpıb.

Əvvəlcə çuxurların təsadüfi olduğu düşünülsə də, sonradan onların eyni ölçüdə olması diqqət cəlb edib. Hər bir çuxurun uzunluğu 2.5 metr, eni 97 sm, dərinliyi isə 13 sm-dir. Çuxurlar iz zənciri kimi görünür. Bu, hansısa çox nəhəng heyvana məxsus ola bilərdir. Alimlər isə izlərin təzə olduğunu müəyyən ediblər.


Xəbərə aid fotolar