Min bir dərdin dərmanı ŞAFTALI haqqında bilmədiklərimiz


Digərləri 31 Avq 2018 21:33:00 276 0

Min bir dərdin dərmanı ŞAFTALI haqqında bilmədiklərimiz

Yay aylarının ən ləzzətli meyvələrindən biri də şaftalıdır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, tərkibində müxtəlif vitamin və minerallar olan şaftalı çox faydalıdır. Şaftalının tərkibində antioksidant var və bir sıra xərçəng növünə qarşı orqanizmi qoruyur. Potasium və maqnezium isə hamilə qadınlar üçün faydalıdır.

Şaftalının tərkibindəki C vitamini ana bətnində olan körpənin sümük, diş, dəri, əzələ və qan damarlarının sağlam böyüməsini təmin edir. Dünyada ən geniş yayılan ağ ciyər xərçəngi, döş xərçəngi kimi bədxassəli şişlərin qarşısını alan antioksidantlar şaftalının tərkibində var. Bundan başqa xərçəng xəstələrinin müalicə dövründə də müsbət təsir edir.