Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul tapıldı


Digərləri 31 Avq 2018 21:18:00 278 0

Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul tapıldı

Honkonq Baptist Universitetinin alimləri müəyyən ediblər ki, rodium metalı bədxassəli şişlərin ən sərt formalarından biri sayılan süd vəzi xərçənginin müalicəsində istifadə edilə bilər. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "MedicalXpress" press-reliz yayıb. 

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir.