Azərbaycanlı "Çarli Çaplin": "İnsanlar mənə qəribə baxıb, söz atırdılar" FOTO


Digərləri 31 Avq 2018 21:04:00 462 0

Azərbaycanlı "Çarli Çaplin": "İnsanlar mənə qəribə baxıb, söz atırdılar"  FOTO

Azərbaycanlı "Çarli Çaplin" Mehman Abdullayevin Son.az-a müsahibəsi.

- Mehman bəy, Çarli Çaplin olmaq hardan ağlınıza gəldi?

- Mən hələ uşaq yaşlarından Çarlinin fanatı idim. Onun kimi qrimlənib, onun kimi hərəkət edib, onun kimi gəzirdim. Bir sözlə, onu təqlid edirdim. Aktyorluq sənətimi seçməyimin səbəbi də Çaplin sevgisidir. Həftədə bir dəfə Çarli ilə bağlı filmlər verilirdi, baxıb görürdüm ki, o, insanları güldürür, düşündürür. Çarli Çaplinin simasında mən də istəmişəm ki, insanlara gülüş verim. Bəlkə də Çarliyə baxmasaydım, heç aktyor olmayacaqdım.

- Hansısa teatrda çalışmısınız?

- Bəli, teatrda çalışmışam, amma siz özünüz bilirsiniz ki, teatrda maddiyat çox zəifdir. Ona görə də teatrı tərk etmişəm.

- Yolda, küçədə insanlar sizi necə qəbul edir?

- Təbii ki, bu obraz mənə kompleks yaşadır. Dəfələrlə avtobusla gedib-gəlmişəm. Bir neçə ildir ki, yalnız taksidən istifadə edirəm.

- Kompleksə görə?


Xəbərə aid fotolar