Əli kağızdoğrayan aparatda qalıb Bakıda


Digərləri 31 Avq 2018 21:09:00 218 0

Əli kağızdoğrayan aparatda qalıb  Bakıda

Bakının Binəqədi rayonunda 1 nəfərin əli kağızdoğrayan aparatında sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında vətəndaşın əlini kağızdoğrayan aparatından çıxarıblar.

Əməliyyat başa çatıb.