Sudan səmərəli istifadə qaydaları açıqlandı


Digərləri 31 Avq 2018 20:12:00 373 0

Sudan səmərəli istifadə qaydaları açıqlandı

"Son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 1° Selsiyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir. Bunun nəticəsində ölkənin yerli səth su ehtiyatları əgər 1960-90-cı illərdə 10 km3-a yaxın idisə, son illərdə bu azalaraq 9 km3 düşüb".

Son.az Report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə içməli su tələbatını, eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd Kür, Araz, Qanıx, Samur, Astara və s. çaylarının su ehtiyatlarından istifadə edir: "İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 km3 təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər".