Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Qırğızıstanda Ümumdünya Köçəri Oyunlarında sərgilənəcək (FOTO)


Digərləri 31 Avq 2018 20:18:05 331 0

Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Qırğızıstanda Ümumdünya Köçəri Oyunlarında sərgilənəcək (FOTO)

Kolleksiya modelyerin ərsəyə gətirdiyi 15-dən artıq milli və müasir moda nümunələrindən ibarətdir.

Bakı. Vüqar İmanov - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın “Turan” kolleksiyası 2-8 sentyabr tarixində Qırğızıstanda keçiriləcək III Ümumdünya Köçəri Oyunları və Beynəlxalq Etnomədəniyyət Festivalında sərgilənəcək. Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Səfər Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. Kolleksiya modelyerin ərsəyə gətirdiyi 15-dən artıq milli və müasir moda nümunələrindən ibarətdir. G.Xəlilovanın sözlərinə görə, köçəri xalqların milli geyimi köçərilərin maddi mədəniyyətinin bir hissəsidir, məhz müasir insanın etnomodası müxtəlif milli və mədəni birliklərin nümayəndələri və nəsilləri arasında dialoqu əks etdirir