Xalq artistinin 10 milyard sərvəti kimə qalacaq?


Digərləri 31 Avq 2018 20:08:00 299 0

Xalq artistinin 10 milyard sərvəti kimə qalacaq?

SSRİ xalq artisti, Rusiya Dumasının deputatı İosif Kobzon vəfat edəndən sonra diqqətlər onun mirasına yönəlib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 81 yaşlı müğənni ölməzdən əvvəl yaxınlarına dəfn olunması ilə bağlı vəsiyyət edib. O, dəbdəbli yerdə dəfn olunmaq istəməyib və anasının yanında basdırılmağı vəsiət edib. Mərhumla vida mərasimi bazar günü səhər saatlarında keçiriləcək. Mərasimin ardından isə Kobzon ailə qəbiristanlığında dəfn olunacaq.

Məşhur müğənni dünyasını dəyişəndən sonra onun mirasının necə olacağı ilə bağlı müxtəlif xəbərlər yayılıb. Məlum olub ki, Kobzonun 10 milyard rubl (250 milyon manat) dəyərində sərvəti var.