Bakı əhalisi ərzaq, içki və tütün məmulatlarına


Digərləri 31 Avq 2018 19:40:00 249 0

Bakı əhalisi ərzaq, içki və tütün məmulatlarına

2018-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3 faiz artaraq 10 milyard 941,8 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 942,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 5 milyard 999,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 23,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.