BakıAstara yolunda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb


Digərləri 31 Avq 2018 19:20:00 267 0

BakıAstara yolunda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində 8 ədəd partlamamış hərbi sursat və 4 ədəd avtomat darağı aşkar olunub.

Son.az Trend-ə istinadən bildirir ki,  bu gün saat 15:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Biləsuvar rayonu, Bakı-Astara yolunun 151-ci km-də silah-sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar