Gürcüstanda dustaq həyatı yaşayan azərbaycanlıların sayı açıqlandı


Kriminal 31 Avq 2018 19:07:00 574 0

Gürcüstanda dustaq həyatı yaşayan azərbaycanlıların sayı açıqlandı

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 89 nəfərdir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin cari ilin iyun ayı üzrə hesabatında məlumat verilib. 

Qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının 24-ü təqsirləndirilən şəxs, 65-i isə məhkumdur. Təqsirləndirilənlərin 22-si kişi, 2-si qadın, məhkumların isə 61-i kişi, 4-ü qadındır.

Gürcüstanda həbsdə saxlanılan əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir.