Bakı-Astara yolunda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)


Digərləri 31 Avq 2018 18:46:00 220 0

Bakı-Astara yolunda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Bakı-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində 8 ədəd partlamamış hərbi sursat və 4 ədəd avtomat darağı aşkar olunub.

Bakı. Bakı-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində 8 ədəd partlamamış hərbi sursat və 4 ədəd avtomat darağı aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 15:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Biləsuvar rayonu, Bakı-Astara yolunun 151-ci km-də silah-sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.