Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olundu


Digərləri 31 Avq 2018 18:08:00 259 0

Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olundu

Çinin Urumçi şəhərində keçirilən "6-cı Çin-Avrasiya" Sərgisində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarına sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən böyük maraq göstərilir.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair "Göygöl Şərab Zavodu" ASC və Çin şirkətləri arasında müzakirələr aparılıb, "Ayan" şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair "Azərsun Holding" şirkəti ilə razılıq əldə olunub.

Bundan başqa, Çinin "İxlas" distribütor şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan "Konfiron" MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub.


Xəbərə aid fotolar