İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 31 Avq 2018 17:26:00 290 0

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırıq ki, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.