TIR sürücüsü Azərbaycanın gömrük işçisini və


Digərləri 31 Avq 2018 17:14:00 294 0

TIR sürücüsü Azərbaycanın gömrük işçisini və

Bakıda Belarus vətəndaşı Azərbaycanın gömrük işçisini və üç xarici vətəndaşı bıçaqlayıb.

Son.az Report-a istinadən bildirir ki, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən "İpək yolu" gömrük terminalında qeydə alınıb.

Belarus vətəndaşı, 36 yaşlı Astauk Valeriy Nikolayeviç həmyerlisi Vladimir Balintə, Ukrayna vətəndaşları Vasso Mixaylova və Roma Matvyuka, həmçinin terminalın işçisi Emil Əliyarbəyova bıçaqla xəsarət yetirib.

A.Nikolayeviç polislər tərəfindən saxlanılıb.