Manafdan jurnalistlərlə bağlı gözlənilməz


Şou-biznes 31 Avq 2018 17:04:00 278 0

Manafdan jurnalistlərlə bağlı gözlənilməz

Son vaxtlar adı qalmaqallarda hallanan müğənni Manaf Ağayev bir müddət jurnalistlərlə əlaqəsini kəsəcək. Onun telefonunu cavablandıran oğlu Elçin Ağayev atasının belə bir qərar verdiyini deyib.

Son.az xəbər verir ki, yenicag-a açıqlama verən E.Ağayev bunu müğənninin istirahətə ehtiyacı olması ilə əlaqələndirib:

"Atamın istirahətə ehtiyacı var, hazırda dincəlir. Atamın fikirləri təhrif olunaraq yayıldığı üçün, insanlar tərəfindən birmənalı qarşılanmadı. Buna görə də bir müddət ona ünvanlanan suallara cavab verməyəcək. Çünki telefonu məndə olacaq".