Bakıda üçmərtəbəli yaşayış binasında yanğın olub


Digərləri 31 Avq 2018 17:09:00 257 0

Bakıda üçmərtəbəli yaşayış binasında yanğın olub

Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Son.az Report-a istinadən xəbər verir ki hadisə rayonun Sübhi Salayev küçəsində qeydə alınıb.

Belə ki, söküntü ərazisində başlayan yanğın yaşayış binasına keçib, nəticədə binanın dam örtüyü və 3 mənzil yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını söndürüb.

Sakinlər qeyd edib ki, ərazidə tikinti işlərini iş adamı İbrahim İbrahimov (Hacı İbrahim) aparır.


Xəbərə aid fotolar