“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir


Digərləri 31 Avq 2018 16:52:00 211 0

“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

"Türk Hava Yolları" aviaşirkəti 6 sentyabr 2018-ci il tarixindən etibarən İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edir.

Bakı. Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" aviaşirkəti 6 sentyabr 2018-ci il tarixindən etibarən İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edir. “Türk Hava Yolları” aviaşirkəti sözügedən hava limanına uçuşları 2015-ci ilin martın 15-də başlamış və 2016-cı ilin payızında dayandırmışdı. Şirkətin Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, İstanbul Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.