"Mən bahalı müğənniyəm"


Şou-biznes 31 Avq 2018 16:40:00 358 0

"Mən bahalı müğənniyəm"

"Məni almanlara və isveçlərə bənzədirlər. Alman dilini bilirəm, amma isveçi heç... Hər dəfə eyni yolu gedirdim, dəyişmək qərarına gəldim. Saçım üzərində də eksprement etdim. Çox da razıyam".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Həmid Həmidovun "Поговорим?" rubrikasının qonağı olan "Eurovision 2011" qalibi Eldar Qasımov deyib. Müğənni dünyada tanınmağı arzuladığını bildirib. Buna görə də Eldar üzərində çox çalışdığını söyləyib:

"Bu, çox çətindir. Amma mümükünsüz heç nə yoxdur. Buna görə çalışıram. İstəyirəm musiqimi çox adam dinləsin. Xarici seriallar üçün musiqilər yazıram.

Burada məni açılışlara və toylara dəvət edirlər. Az olur, çünki bahalı müğənniyəm. Hər toya getmirəm. Həm də repertuarım hər toya uyğun deyil. Qiymətimi endirməyi düşünmürəm. Əsas odur ki, məni səviyyəli auditoriyası olan toylara çağırırlar. Sənətçi dostlarımdan eşidirəm ki, toyda onlara sifariş edirlər ki, bunu oxuyun, onu oxuyun. Etiraz edəndə isə dava düşür. Təsəvvür edin mən olan toyda belə hadisə baş verir (gülür)".

Azərbaycan şou-biznesindən danışan Eldar bildirib ki, buranı heç bəyənmir: