Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib


Dünya 31 Avq 2018 15:54:00 240 0

Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib

Məşhur gürcüstanlı aktyor-müğənni Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, gürcü jurnalistlərindən biri ona zəng edərək, ötən gün dünyasını dəyişən İosif Kobzonun dəfn mərasiminə gedəcəyini öyrənmək istəyib. O isə cavabında -"Məni ora dəvət edən olmayıb, özüm də hazırda xəstəxanada yatıram" - deyib.

Qeyd edək ki, vaxtilə yaxın olan məşhurlar 2008-ci ildə Rusiya-Gürcüstan hadisələri zamanı mübahisə edərək ünsiyyətlərini kəsiblər.