Səfir: "Özbəkistan BakıTbilisiQars dəmir yolundan istifadədə maraqlıdır"


Digərləri 31 Avq 2018 15:59:00 294 0

Səfir: "Özbəkistan BakıTbilisiQars dəmir yolundan istifadədə maraqlıdır"

"Özbəkistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır".

Son.az xəbər verir ki, bu barədə Trend-ə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib.

Onun sözlərinə görə, BTQ dəmir yolu ölkələrin diqqət mərkəzindədir və bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, daha sonra Qafqaz vasitəsilə nəqliyyat marşrutları xüsusi aktuallığa malikdir:

"Bu baxımdan idxal-ixrac yüklərinin artan həcminin daşınması üçün Transqafqaz nəqliyyat dəhlizinin geniş istifadəsi dövlətlərimizin maraqlarına cavab verir. 2017-ci il oktyabrın sonunda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi, həmçinin Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında infrastrukturun yaradılması bizim ölkələrin və regionların böyük tranzit və nəqliyyat-kommunikasiya potensialının reallaşdırılmasına yaxşı imkanlar açır".

Səfir xatırladıb ki, BTQ-nin təntənəli açılış mərasimində Özbəkistan nümayəndə heyətinə Bbaş nazir Abdulla Aripov başçılıq edib, bu da öz növbəsində, Özbəkistan tərəfinin dəhlizdən fəal istifadədə və yüklərin daşınma həcminin artırılmasında maraqlı olduğunu göstərir: