Ekologiya və Təbii Sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib


Digərləri 31 Avq 2018 15:53:11 257 0

Ekologiya və Təbii Sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masallıda vətəndaşları qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən M.Babayev Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masalı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının vətəndaşlarını qəbul edib.