"Hüseyn Abdullayevin saxlanma şəraiti, səhhətilə bağlı heç bir şikayəti yoxdur"


Digərləri 31 Avq 2018 14:10:20 298 0

"Hüseyn Abdullayevin saxlanma şəraiti, səhhətilə bağlı heç bir şikayəti yoxdur"

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayev vəkili ilə görüşüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Ruhid Əkbərov məlumat verib.

Müvəkkili ilə mütəmadi olaraq görüşdüyünü deyən vəkil bildirib ki, H. Abdullayevin saxlanma şəraiti və səhhətindən narazılığı yoxdur: "Saxlanma şəraiti, səhhətilə bağlı heç bir şikayəti yoxdur. Qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur".

Vəkilin sözlərinə görə, hazırda istintaq davam edir.

Vəkil qeyd edib ki, H.Abdullayevə qarşı irəli sürülən ittihamlarla bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama verəcək.