Hamı həyətində gül əkir,


Digərləri 31 Avq 2018 13:54:00 330 0

Hamı həyətində gül əkir,

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki şəhər sakini saxlanılıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avqustun 29-da Şabran şəhər sakini Zakir Məmmədov narkotik maddələrin kultivasiya yolu ilə yetişdirilməsində şübhəli bilinərək saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı həyətyanı sahədən dibçəklərlə hündürlüyü 95-190 sm olan yaş çəkisi 500 qram təşkil edən 4 ədəd çətənə kolları aşkar olunaraq götürülüb.

Avqust ayının 30-da isə Şabran şəhər sakini Mecid Zeynalovun yaşadığı evə keçirilən baxış zamanı oradan hündürlüyü 129-170 sm olan yaş çəkisi 1 kq qədər olan 3 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları və evin zirzəmisindən ümumi çəkisi 400 qram qurudumuş marixuana aşkar edilərək götürülüb. 


Xəbərə aid fotolar