Bakı Beynəlxalq Avtovağzalından Kislovodsk və Yessentukiyə avtobus reysi açılır


Digərləri 31 Avq 2018 13:53:00 265 0

Bakı Beynəlxalq Avtovağzalından Kislovodsk və Yessentukiyə avtobus reysi açılır

Sentyabrın 13-də etibarən hər həftənin 4-ci günü Bakı vaxtı ilə saat 17:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək.

Bakı. Sentyabrın 13-də etibarən hər həftənin 4-ci günü Bakı vaxtı ilə saat 17:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək. Qurumdan Trend-ə verilən məlumata görə, avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dır. Biletin bir istiqamətə qiyməti 70.00 AZN təşkil edir. Bakı-Yessentuki – Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur biletləri mütləq şəkildə onlayn qaydada və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) kassalarından əldə etsinlər. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.