"İbrahimin kişilərlə əlaqədə olması yalandır..."


Digərləri 31 Avq 2018 13:35:00 210 0

"İbrahimin kişilərlə əlaqədə olması yalandır..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elməddin Əliyev, Vəlican Dadaşov və Nəcməddin İsmayılov məhkəməsi keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

İttihama görə, E. Əliyev atası İbrahim Əliyevi aldadıb əmisi Azər Əliyevin Zirə qəsəbəsində yerləşən evinə gətirdib. Atasının cinsi azlıq üzvü olması və kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu öyrənəndən sonra dostlarına onu öldürməyi sifariş verib. Vəlican həmin evin içində gizlənərək Elməddinin atasını gözləyib, Nəcməddinlə Elməddin isə evin kənarında dayanıblar. Vəlican evə daxil olan İbrahimi baltayla vurub, sonra isə bir neçə dəfə bıçaqlayıb. Onun öldüyünə əmin olduqdan sonra Pirallahıya gedib benzin alıb qayıdıblar. Nəcməddin öz evinə gedib, Elməddin isə Vəlicanla meyitin olduğu evə qayıdıb. Vəlican evə girərək maşın təkərlərini mərhum İbrahimin qıçlarına və bədənin digər yerlərinə keçirib, daha sonra üstünə benzin tökərək evlə birgə yandırıblar.

İstintaqa ifadə verən E. Əliyev atasını Vəlicanın öldürdüyünü etiraf etsə də, bunun səbəbinin pulla bağlı olduğunu deyib:  "Atam Vəlicana borc pul vermişdi, o da qaytara bilmirdi. Bir gün atam dedi "Vəlicanı Zirədəki evə çağır, onunla özüm danışacağam". Mən də çağırdım, biz Nəcməddinlə çöldə gözlədik. Bir qədər gözləyəndən sonra maraqlanmaq üçün evə girmək istəyəndə Vəlican çıxıb dedi ki, atanı öldürdüm. Daha biz içəri girmədik, Pirallahıya qayıtdıq. Nəcməddin evinə getdi, mən kafedə Vəlicanla oturdum. Sonra onun təklifi ilə evi yandırmaq üçün Zirəyə getdik. Mən taksi çağırdım, sonra da yoldan benzin aldım. Çatanda mən kənarda dayandım, Vəlican girib evi yandırıb çıxdı. Vəlican məni də öldürəcəyi ilə hədələdiyi üçün heç kimə deyə bilmədim".

Qətl günü isə Nəcməddin İbrahim Əliyevə zəng edərək onunla pul müqabilində cinsi əlaqədə olmaq istəyən kişi tapdığını deyib və bu adla onu Zirədəki evə çağırıb. 

İstintaqda məlum olub ki, Elməddinə atasının kişilərlə əlaqədə olmasını da ilk dəfə Nəcməddin deyib. 

Qətl hadisəsi 2018-ci il yanvarın 31-də baş verib, evi isə fevralın 1-də yandırıblar. 

Vəlican Dadaşov istintaqa ifadəsində qətldən əvvəl İ.Əliyevin kişilərlə əlaqədə olduğunu bilmədiyini deyib: "Elməddin deyirdi ki, atalığı İbrahim onu və anasını döyüb incidir. Onun təklifi ilə atalığını öldürməyə razılaşdım, planı da Elməddin özü hazırladı. İbrahimi öldürüb qayıdanda Nəcməddin İbrahimin doğma atası olduğunu və üzdəniraq olduğunu dedi. Evi də, atasının meyitini də Elməddin özü yandırdı".