Məşhur milyarderin sevgilisindən


Digərləri 31 Avq 2018 13:22:00 243 0

Məşhur milyarderin sevgilisindən

Türkiyəli iş adamı Əli Ağaoğlunun keçmiş sevgilisi Duyğu Su Gülpınar milyarder haqqında şok açıqlamalar verib.

Son.az publika-ya istinadən xəbər verir ki, balerina canlı yayıma qoşularaq Ağaoğlunun onu dəfələrlə aldatdığını deyib. Daha sonra etiraf edib ki, xəyanətə məruz qaldığı üçün Əli Ağaoğluna başqa kişi ilə xəyanət etməyə qərar verib:

"1995-ci il təvəllüdlüyəm. Birlikdə ikən yaş problem olmurdu. Müxtəlif səbəblərdən dolayı hər şey üst-üstə gəldi. Aktiv bəy əfəndidir. 1 olar, 2 olar, 3 olar... Amma bu qədər üst-üstə olanda artıq yetər dedim. Xəyanətin necə hiss olduğunu öyrənməsi üçün eynisini mən də etdim. Bu, qisasa qisasla cavab deyil. Demək ki, ona qarşı mənim də hisslərim bitib. O divarlar və mühafizəçilər heç bir şey ifadə etmir".


Xəbərə aid fotolar