50 yaşlı rus keşiş 13 yaşlı məktəbli qıza təcavüz etdi


Dünya 31 Avq 2018 13:24:07 277 0

50 yaşlı rus keşiş 13 yaşlı məktəbli qıza təcavüz etdi

Rusiyanın Altay diyarında keşiş həbs olunub.

Son.az TASS-a istinadən bildirir kim, Pavlov rayonundakı Çeremnoe kəndində yerləşən Tanrının Zühuru kilsəsinin rəhbəri olan keşiş yetkinlik yaşına çatmamış qıza təcavüzdə suçlanır.

Polisdən verilən məlumata görə, 50 yaşlı protierey Andrey Kiselyev bu ilin iyulun 20-də Barnaul şəhərinin Oktyabr rayonunda, Ob çayının sahilində 13 yaşlı məktəbli qızı zorlayıb.

Zərərçəkən 14 yaşına çatmadığına görə keşişi 20 ilədək həbs gözləyir.