Bakıda 28 yaşlı oğlan yaşadığı binanın qarşısında bıçaqlandı


Digərləri 31 Avq 2018 12:55:00 181 0

Bakıda 28 yaşlı oğlan yaşadığı binanın qarşısında bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 31-i gecə saat 03 radələrində paytaxtın Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Usub oğlu Sadıqov yaşadığı binanın girişində naməlum şəxs tərəfindən bıçaqlanıb.