Təhsil Nazirliyi: NK-nın müəllimlərin dərs yükü normaları ilə bağlı qərarı uyğunlaşdırma xarakteri daşıyır


Sosial 31 Avq 2018 12:22:00 324 0

Təhsil Nazirliyi: NK-nın müəllimlərin dərs yükü normaları ilə bağlı qərarı uyğunlaşdırma xarakteri daşıyır

“Qəbul edilən qərar heç bir müəllimin dərs yükünə təsir etməyəcək”

Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına dəyişiklik etməsi qərarıuyğunlaşdırma xarakteri daşıyır.

Bunu “Report”a açıqlamasında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

O bildirib ki, qəbul edilən qərar yəni təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə şamil edilməyib: “Çünki həmin müəllimlərin həftəlik dərs yükü norması onsuz da eyni qalıb”.

Nazirlik rəsmisi qeyd edib ki, qəbul edilən qərar heç bir müəllimin dərs yükünə təsir etməyəcək.

F.Qədirov xatırladıb ki, Nazirlər Kabinetinin 2010-cu ildə imzaladığı müvafiq qərara əsasən, dövlət ümumi təhsil və peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin həftəlik bir stavka dərs yükü norması 12 saat müəyyənləşdirilmişdi: “2015-ci ildən isə müəllimlərin bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılmış müəllimlərin isə həftəlik bir stavka dərs yükü norması 1,5 dəfə artırılması nəticəsində stavka dərs yükü 12 saatdan 18 saata qaldırılıb. Bundan başqa, bu ilin yanvar ayından peşə təhsili müəssisələrində çalışan müəllimlərin də diaqnostik qiymətləndirilməsi nəticəsində həftəlik dərs yükü normasının 1,5 qaldırılması oldu. Onların da dərs yükü 12 saatdan 18 saata artılırıb. Ona görə də mövcud sərəncamla qəbul edilən bu qərarlar Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğunlaşdırılmalı idi. Odur ki, NK-nın ötən günkü qərarı buna uyğun olaraq qəbul edilib”.