Sumqayıtda təhlükəli vəziyyət: körpünün altına kimyəvi maddələrlə dolu kisələr atılıb FOTO


Digərləri 31 Avq 2018 12:04:59 291 0

Sumqayıtda təhlükəli vəziyyət: körpünün altına kimyəvi maddələrlə dolu kisələr atılıb  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə Sumqayıt çayı üzərindəki körpünün altına kimyəvi maddələrlə dolu olan kisələrin atılması ilə bağlı daxil olan məlumat nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə hər birinin çəkisi 25.2 kiloqram olan 300-ə yaxın ammonium-bi-flüorid duzu ilə dolu kisələrin atıldığı məlum olub.

ETSN-in Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzinin əməkdaşları tərəfindən kisələr ərazidən yığışdırılaraq təhlükəli tullantılar poliqonuna daşınıb.

Kisələri əraziyə atan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə məktubla müraciət edilib.


Xəbərə aid fotolar