Rəsmi Bakı Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini tədqirəlayiq hesab edir


Digərləri 31 Avq 2018 11:54:00 257 0

Rəsmi Bakı Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini tədqirəlayiq hesab edir

Rəsmi Bakı Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini tədqirəlayiq hesab edir.

Bakı. Elçin Mehdiyev - Rəsmi Bakı Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini tədqirəlayiq hesab edir. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ikitərəfli və çoxtərəfli əlaqələr inkişaf edir: "Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Brüsselə səfəri Azərbaycan ilə Aİ arasında əlaqələrin inkişafına mühüm töhfə verib". O qeyd edib ki, Almaniya Kansleri Angela Merkelin bu yaxınlarda Azərbaycana səfəri həm Aİ, həm də Almaniya ilə əlaqələrin inkişafına mühüm töhfə verəcək: "Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeni tədqirəlayiq hesab edirik. Qeyd etdiyimiz kimi, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin