BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilə bilər


Digərləri 31 Avq 2018 11:32:00 258 0

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilə bilər

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

Bakı. Elçin Mehdiyev - BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev qeyd edib ki, BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur: "Sessiyası sentyabr ayında Nyu Yorkda keçiriləcək. Nazirlərin görüşünün dəqiq tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin