"İmkanın olmadı məni oxutmağa..." Zamiq atası haqda


Şou-biznes 31 Avq 2018 10:42:00 387 0

"İmkanın olmadı məni oxutmağa..."  Zamiq atası haqda

Müğənni Zamiq Hüseynov atasını ad günü münasibəti ilə təbrik edib. Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı atası ilə anasının fotosunu səhifəsində yerləşdirərək yazıb: "Həyatda bütün nəaliyyətlərimi, uğurlarımı göydə Allaha, həyatda sənə və anama borcluyam. Qazandıqlarım sizin əməlləriniz və niyyətlərinizin uğudur. İmkanınız olmadı məni oxutmağa, amma ürəkləriniz o qədər düz və gözəldir ki, Allah mənə kömək oldu, hamısını qismət elədi, həm oxudum, həm uğur qazandım. Ağlım kəsəndən mənə bir şey öyrətdin: düzgünlük, halallıq, dürüstlük. Fəxr edirəm ki, sənin oğlunam. Doğum günün mübarək, ata".

Son.az