ÇL-da ötən mövsümün ən yaxşıları mükafatlandırıldı


İdman 31 Avq 2018 10:46:00 330 0

ÇL-da ötən mövsümün ən yaxşıları mükafatlandırıldı

UEFA Çempionlar Liqasında 2017-2018 mövsümünün ayrı-ayrı nominasiyalar üzrə qalibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, mükafatlandırma mərasimi Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində baş tutub.

Ən yaxşı qapıçı adına İspaniya "Real Madrid"ində çıxış edən Keylor Navas layiq görülüb.

Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi, Luka Modriç isə ən yaxşı yarımmüdafiəçi seçilib.

“Real Madrid”dən İtaliyanın “Juventus” komandasına keçən Kriştianu Ronaldu isə ən yaxşı hücumçu nominasiyasında birinci olub.