Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq


İdman 31 Avq 2018 09:33:00 217 0

Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Goal.az-ın məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.

Əvvəlki mövsümlərlə müqayisədə, indi Ağdam komandası üçüncü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqiblərindən biri daha aşağı reytinqli komanda olacaq.

Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı səfir Vəli Qasımovun da qatılması olacaq. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, veteran futbolçu püşk zamanı səhnədə olacaq.

Beləliklə, 48 klubun 4 səbətə bölgüsü belə aparılıb:

1-ci səbət: "Sevilla" (İspaniya), "Arsenal" (İngiltərə), "Chelsea" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dynamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Salzburg" (Avstriya), "Olympiakos" (Yunanıstan), "Villarreal" (İspaniya), "Anderlecht" (Belçika), "Lazio" (İtaliya)

2-ci səbət: "Sporting" (Lissabon, Portuqaliya), "Lüdogorets" (Bolqarıstan), "Kopenhavn" (Danimarka), "Marseille" (Fransa), "Celtic" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fenerbahçe" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)

3-cü səbət: "Betis" (İspaniya), "QARABAĞ" (AZƏRBAYCAN), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leipzig" (Almaniya), "Eintracht" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordoeaux" (Fransa), "Renn" (Fransa)

4-cü səbət: "Apollon" (Kipr), "Rosenborg" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Jablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Rangers" (Şotlandiya), "Dudelange" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborg" (Norveç)

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusu da açıqlanacaq. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizmann (hər ikisi "Atletico", İspaniya) və Dimitri Payet ("Marseille", Fransa) mübarizə aparır.