Bakıda ən yüksək maaş bu sahələrdə çalışanlara verilir


Digərləri 31 Avq 2018 09:25:00 272 0

Bakıda ən yüksək maaş bu sahələrdə çalışanlara verilir

2018-ci ilin yanvar-iyun aylarında Bakıda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1,6 faiz artaraq 789,3 manat olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.