ABŞ 200 mlrd. dollarlıq Çin malına yeni rüsumlar tətbiq edir


Dünya 31 Avq 2018 09:07:00 249 0

ABŞ 200 mlrd. dollarlıq Çin malına yeni rüsumlar tətbiq edir

ABŞ prezidenti Donald Tramp 200 milyard dollarlıq Çin malına əlavə rüsumlar tətbiq etmək fikrindədir. Artıq gələn həftə bu qərar rəsmi şəkildə elan oluna bilər.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Bloomberg" nəşri yazıb.

Mənbələrin məlumatına görə, administrasiyanın biznes və ictimaiyyət nümayəndələrinin rüsumlara münasibət bildirmələri üçün ayırdığı vaxt sentyabrın 6-da başa çatacaq. D.Tramp bu müddət başa çatan kimi göstərilən ticarət məhdudiyyətlərini tətbiq etmək niyyətindədir. Materialda rüsumların aid olacağı Çin mallarının tam siyahısı yoxdur.