Alimlər bioprinterdə insan damarları çap ediblər


Digərləri 31 Avq 2018 07:48:00 280 0

Alimlər bioprinterdə insan damarları çap ediblər

ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalının mütəxəssisləri üçölçülü printerdə insan bədənindəki damarları imitasiya edən boruşəkilli strukturlar yaradıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bədəndə boruşəkilli strukturları əvəzləyə bilsələr artrit, ateroskleroz, tromboz, iltihabi xəstəliklər və anomaliyalara qalib gəlmək mümkün olacaq. Prosedurun uğurlu alınması üçölçülü bioprinterdə istifadə edilən mürəkkəblərdən asılıdır.